Rusiya işğalçı dövləti niyə silahlandırır

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı təhdidləri davam etməkdəir. Xüsisən, öz himayədarından maddi və mənəvi dəstək alan işğalçı dövlət ölkəmizi daim təzyiq altında saxlamağa çalışır. Məlumata görə, Ermənistan sentyabrın 21-də müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirdiyi hərbi paradda Rusiya istehsalı olan “İsgəndər” raketləri də yer alıb. Maraqlıdır, Azərbaycanın şimal qonşusuna göstərdiyi xoşməramlı münaqibət müqabilində bu ölkənin Ermənistanı silahlandırmasına nə ad vermək olar? 

Bu fakt Moskvanın ədalətli vasitəçi imicinə ləkə salır

Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı təhdidləri davam etməkdədir. Xüsisən, öz himayədarından maddi və mənəvi dəstək alan işğalçı dövlət ölkəmizi daim təzyiq altında saxlamağa çalışır. Məlumata görə, Ermənistanın sentyabrın 21-də müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirdiyi hərbi paradda Rusiya istehsalı olan "İsgəndər" raketləri də yer alıb. Maraqlıdır, Azərbaycanın şimal qonşusuna göstərdiyi xoşməramlı münasibət müqabilində bu ölkənin Ermənistanı silahlandırmasına nə ad vermək olar? 
Əvvala xatırladaq ki, Rusiya və Azərbaycan çoxəsrlik birgə tarixə, sıx mədəni-humanitar, siyasi və iqtisadi əlaqələrə malik iki yaxın qonşu dövlətlərdir. Bu kimi amilləri nəzərə alan Azərbaycan iki ölkə arasında münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı tərəf kimi çıxış edir. Hətta Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmamış və sanksiyaları pisləmişdir. Rusiya eyni zamanda müstəqil Azərbaycan dövlətinin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır. Lakin rəsmi Moskvanın atdığı addımlar sadalanan bütün fəaliyyətin üstündən xətt çəkmiş olur. Belə ki, bu günlərdə Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq qiyməti milyardlarla dollar ölçülən ən müasir operativ-taktiki silahlar bağışlaması bəlli olmuşdur. Artıq dəfələrlə təkrarlanan bu fakt Rusiyanın obyektiv və ədalətli vasitəçi imicinə ləkə salır. Rusiyanın Cənubi Qafqaz siyasətində dəfələrlə ikili standartın şahidi olmuşuq. Məlum olduğu kimi Ermənistan Azərbaycan ərazilərini işğal edən, hərbi xunta tərəfindən idarə olunan militarist dövlətdir. Belə bir dövləti silahlandırmaq əslində regionda müharibə toxumu səpməyə bərabərdir. Qeyd edək ki, sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri işğalçı ölkənin dövlət büdcəsindən dəfələrlə artıqdır. Belə bir məntiq hasil olur ki, Rusiya Azərbaycana silah satışından kifayət qədər gəlir əldə edir, eyni silahları Ermənistana ötürməklə ianə edir. Nəzərə alsaq ki, Ermənənistan işğalçı siyasətini davam etdirir, deməli, Rusiya bu addımı ilə mövcud müharibə ocağına "barıt çəlləyi" qoymuş olur. Lakin Ermənistanın nə qədər silahlandırlmasından asılı olmayaraq Azərbaycan da ordu quruculuğunu uğurla davam etdirilir. Azərbaycan ən müasir silah, texnika alır, Ermənistan tərəfdən gələn istənilən təhdidi dəf etmək iqtidarındadır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Heç bir qüvvə ərazi bütövlüyümüzün bərpasına mane ola bilməz, Azərbaycan ordusu ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir. Azərbaycan artıq sadəcə müasir texnikalar almır, eyni zamanda özü ən müasir silahlar istehsal və ixrac edən ölkəyə çevrilmişdir. Gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. 

Nurlan 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31