Prezident bir neçə neftçiyə fəxri adı verdi - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

Bəkirli Asif Şahnəzər oğlu

Həsənov Fazil Qurban oğlu

Hüseynov Nazim Həsən oğlu

Məmmədov İlqar Hacı oğlu

Seyfullayev Qağaməli Höküməli oğlu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31