Dağlıq Qarabağ probleminin həllinə əlverişli şərait yaranıb
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son aylar müşahidə edilən diplomatik aktivlik hələlik hansısa ciddi bir nəticənin əldə olunmasını mümkünsüz etsə də, ancaq problemin həllinə olan ümidlər də tam qırılmayıb. Xüsusilə, bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin, Rusiyanın nümayiş etdirdiyi səylər müəyyən mənada nikbinlik yaradır. Təsadüfi deyil ki, işğal altında olan rayonların 5+2 formatında geri qaytarılması ilə bağlı fikirlər də məhz şimal qonşumuz tərəfindən müntəzəm olaraq gündəmə gəlir. Ermənistanın təklif edilən həll variantlarına adekvat reaksiya verməməsi, qeyri-konstruktiv mövqe sərgiləməsi müşahidə ediləsə də, hər halda ekspertlər, müşahidəçilər tərəfindən problemin həlli istiqamətində artan diplomatik hərəkətlilik təqdir edilir.
31 Avqust 2016 13:07 SiyasətElman Nəsirov: "Münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son aylar müşahidə edilən diplomatik aktivlik hələlik hansısa ciddi bir nəticənin əldə olunmasını mümkünsüz etsə də, ancaq problemin həllinə olan ümidlər də tam qırılmayıb. Xüsusilə, bu istiqamətdə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərdən birinin, Rusiyanın nümayiş etdirdiyi səylər müəyyən mənada nikbinlik yaradır. Təsadüfi deyil ki, işğal altında olan rayonların 5+2 formatında geri qaytarılması ilə bağlı fikirlər də məhz şimal qonşumuz tərəfindən müntəzəm olaraq gündəmə gəlir. Ermənistanın təklif edilən həll variantlarına adekvat reaksiya verməməsi, qeyri-konstruktiv mövqe sərgiləməsi müşahidə ediləsə də, hər halda ekspertlər, müşahidəçilər tərəfindən problemin həlli istiqamətində artan diplomatik hərəkətlilik təqdir edilir.
Milli Məclisin deputatı Elman Nəsirov da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu ilin aprel döyüşlərindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb. Millət vəkilinin sözlərinə görə, bu yeni mərhələ hələ ki, ilk növbədə, özünü diplomatik səylərdə göstərməkdədir: "Son danışıqlardan sonra çox inamlıyıq və ümid edirik ki, bu diplomatik səylər, xüsusilə də, münaqişənin həllində böyük potensiala malik Rusiyanın dövlət başçısının Azərbaycana səfəri, üçtərəfli format çərçivəsində aparılan danışıqlar, İran və Rusiya dövlət başçılarının münaqişənin həllinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsi ilə bağlı fikirlər səsləndirmələri çox önəmlidir. Əslində, bunlar diplomatik yanaşmalardır. Ancaq görəndə ki, Bakıda Rusiya və İran dövlətlərinin prezidentləri açıq şəkildə qeyd edirlər ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapmalıdır - beynəlxalq hüquq deyəndə, təbii ki, BMT-nin Nizamnaməsi, ATƏT-in yekun sənədləri və digər mühüm sənədlər nəzərdə tutulur. Yəni, söhbət dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllindən gedir". Elman Nəsirovun qənaətincə, aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, bizim təkcə hərbi vətənpərvərlik ruhumuz artmayıb: "Biz təkcə 2 min hektar ərazini geri qaytarmamışıq, eyni zamanda, işğal altında olan ərazilərimizin tamamilə geri alınması üçün çox gözəl platforma əldə etmişik. Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb. Qeyd etdiyim kimi, Rusiya Prezidentinin Azərbaycana səfərinin ardınca Turkiyə Prezidentinin Sankt-Peterburqa, Ermənistan prezidentinin Moskvaya səfərləri zamanı aparılan danışıqlarda da münaqişənin həlli ilə bağlı məsələnin diqqət mərkəzində saxlanılması belə bir qənaətə gəlməyə əsas verir ki, münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri də cidd-cəhdlə çalışırlar ki, prezidentlər səviyyəsində görüş olsun. Düşünürəm ki, həmin görüşdə İran və Rusiya prezidentlərinin son bəyanatları böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, Ermənistan prezidentinin Moskvaya son səfərindən sonra da müəyyən
dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Bunun üçün hazırda əlverişli şərait yaranıb. Elə bir şərait ki, bu vaxta qədər heç zaman müşahidə olunmayıb. Aprel döyüşləri Ermənistana elə bir dərs oldu ki, daha bundan sonra işğalçı dövlətin prezidenti danışıqlar naminə danışıqlara qatılmayacaq. Ona görə də fikrimcə, son hadisələr də təsdiqləyir ki, münaqişənin həllində keyfiyyətcə yeni mərhələnin əsası artıq özünü büruzə verir". Millət vəkili hesab edir ki, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü də bu mənada müsbət tendensiya kimi hesab edilə bilər: "Ölkəmizin bu siyasəti və Prezidentimizin bu addımları qarşı tərəfdə - Rusiya və İranda müsbət dəyərləndirilib. Üçtərəfli Bakı Zirvə görüşünün sonunda imzalanmış yekun sənəddə-Bəyannamədə beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində hər üç dövlətin birgə əlaqələndirilmiş məsələləri ön plana keçib. Bu məsələlərdə fikir söyləmək, mövqe bildirmək bir şeydir, amma dediyin sözlə əməlinin üst-üstə düşməsi başqa bir şeydir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dövləti, əslində, dünya miqyasında böyük dövlət olmasa da, bizim sözümüzün çəkisi və mənası böyükdür. Yəni biz bir mövqe bildiririksə, fikir söyləyiriksə, o, mütləq əməli işdə öz təsdiqini tapır və buna qiymət də verilir. Məsələn, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə görüşmək üçün Bakıya gəldi, çox mühüm məsələlər müzakirə edildi, zəruri Bəyanat qəbul edildi. Təbii ki, təyyarə ilə cəmisi 40-45 dəqiqə vaxt aparan qonşu Ermənistana gedib bu ölkənin başçısı Serj Sərkisyanla Yerevanda da görüşə bilərdi. Ancaq O, Moskvaya qayıtdı və Ermənistan prezidentini öz yanına çağırdı və dedi ki, Azərbaycan iqtisadi cəhətdən güclü, müstəqil bir dövlətdir və kimdən istəsə, lazım olduğu qədər silah ala bilər. Bu, Ermənistan rəsmilərinin "Rusiya Azərbaycana silah satır" iradına verilən tutarlı cavab oldu".
Füzuli