Müdafiə Nazirliyi KİV-lərə müraciət etdi

Müdafiə Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrinin əsgərinin şəhid olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Müdafiə Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrinin əsgərinin şəhid olması barədə yayılan məlumatlara aydınlıq gətirib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qurumun mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələrimiz haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31