Azərbaycan-Türkiyə-Rusiya formatı
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüş zamanı region üçün xüsusi əhəmiyyət kəsb edən fikir səslənib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradlması ilə regionda bir çox problemlərin həllinə nail olmaq mümkündür.
11 Avqust 2016 14:46 SiyasətBu formatın hərbi-siyasi fəaliyəti istisna olunmur
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüş zamanı region üçün xüsusi əhəmiyyət kəsb edən fikir səslənib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatının yaradlması ilə regionda bir çox problemlərin həllinə nail olmaq mümkündür. Məlumat üçün qeyd edək ki, regionda ən çox müzakirəsi aparılan münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Sözügedən problemin həllində həmsədr ölkə olaraq Rusiya ilə yanaşı Türkiyənin də rolu danılmazdır. Maraqlı məqam ondan barətdir ki, refionda yaradılması təklif edilən əməkdaşlıq formatlarının heç biri Ermənistanla münasibət qurmaqda maraqlı görünmür. İstər Rusiya-İran- Azərbaycan, istərsə də Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatları Ermənistana for-post dövlət kimi baxırlar, məhz bu səbədən də onunla hər hansı məsələ ətrafında müzakirənin aparılması əhəmiyyətsiz hesab olunur. Bəs, reallıqda Türkiyə-Rusiya-Azərbaycan formatı Dağlıq Qarabağ probleminin həllinə hansı töhvəni verə bilər?
Əvvala onu qeyd edək ki, ekspertlər Azərbaycan, Rusiya, Türkiyə və İran hərbi blokunun yaranmasının mümkünlüyü qənaətindədirlər. Hərbi siyasi ekspert Aleksandr Perenciyev dörd ölkə arasında hərbi blokun yaradılmayacağını, lakin hansısa istiqamətdə bu ölkələrin hərbi-siyasi fəaliyyətini istisna etməyib. Digər rusiyalı politoloq A. Bıçkov qeyd edib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı tarixi qərarın qəbul edilməsi tamamilə mümkündür: "Yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı tarixi qərarın verilməsinin şahidi olacağıq. Çünki tərəflər yaxşı anlayırlar ki, münaqişə tezliklə həll olunmalıdır. Çünki belə münaqişə ocaqları hər an xarici oyunçular tərəfindən qonşu ölkələrlə münasibətləri korlamaq üçün alovlandırıla bilər. Bu gün Azərbaycan, Rusiya və İran liderləri yaxşı anlayırlar ki, regionda yeni müharibəyə yol vermək və münaqişənin həllini uzatmaq olmaz. Bu münaqişənin regionun inkişaf etməsinə imkan vermədiyini hər üç ölkə lideri yaxşı anlayır. Ona görə də, fikrimcə, Dağlı Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda tarixi qərar veriləcək. Bu qərar əlbəttə ki, yekun qərar olmayacaq. Bu qərar Azərbaycan-Ermənistan arasında əlaqələrin bərpa olunmasına kömək edəcək". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, ölkəsi bölgənin sabitliyi və gələcəyindən ötrü Dağlıq Qarabağ probleminin həlli üçün üzərinı düşəni edəcək. M.Çavuşoğlu Azərbaycan-Türkiyə-Rusiya formatından da danışıb: "Azərbaycan-Rusiya-İran formatı yaradıldığını söylədilər. Eyni formatın, Azərbaycan-Türkiyə-Rusiya formatının qurulması da gündəmə gəldi. Bir çox siyasi və regional layihələr var. Daşınmalarla bağlı əngəllər, kvotalar aradan qalxacaq". Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün "status-kvo"nun dəyişdirilməsinin və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması vacibdir. Beynəlxalq ictimaiyyət tərəfindən mövcud "status-kvo"nun qəbuledilməz və qeyri-davamlı hesab edildiyini deyən nazir müavini münaqişənin həll edilməməsinin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. X. Xələfov Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O Azərbaycan prezidentinin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya üçtərəfli görüşün regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və regionun tarixində yeni səhifə açdığını vurğulayıb. Görüşün əhatəli gündəliyə malik olduğunu deyən nazir müavini siyasi, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi, nəqliyyat, sənaye, energetika və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı baxımdan əlverişli imkanlar yaratdığını bildirib. Deputat Rasim Musabəyov da bu formatda Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsinin prosesə əlavə dinamika verəcəyini düşünür: "Türkiyə bu problemin həlli ilə çoxdan məşğuldur və fərz edirəm ki, Türkiyə -Rusiya dialoqu Azərbaycan - Rusiya dialoqunu tamamlaya bilər bu məsələdə. Müzakirə olunmaqla yanaşı, prosesə müəyyən əlavə dinamika da verə bilər". Ancaq deputat onu da deyir ki, üç dövlət başçısının görüşüb münaqişənin həllində qəti qərar verəcəyini və həmsədrlərin, Ermənistanın mövqeyini nəzərə almamasını gözləmək sadəlövhlük olardı. Rusiyanın münaqişənin həllində maraqlı olmaması haqda fikirlərə Musabəyov belə cavab verir ki, düzdür, Moskva bu yolla Bakını və Yerevanı təsiri altında saxlayır: "Amma artıq o da aydındır ki, konfliktin indiki vəziyyətdə saxlanılması müharibəni qaçılmaz edir. Müharibə riskdir. Müharibə başlasa, Rusiya ancaq ermənilərə dəstək verə bilməyəcək, bu halda Azərbaycanla da, Türkiyə ilə də münasibətləri korlanacaq. Halbuki bu münasibətlər faydalıdır. Ermənistan iqtisadi cəhətdən Rusiyaya heç nə vermir, amma Azərbaycanla əməkdaşlıq vacibdir".
Alim