Qorbaçov: “Ərdoğanla Putin bu addımla...”
9 Avqust 2016 12:47 SiyasətKeçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qarbaçov bu gün Sankt-Peterburqda keçirilən Putin-Ərdoğan görüşünü şərh edib.Publika.az xəbər verir ki, Qarbaçov "RİA Novosti"yə açıqlamasında hər iki liderin doğru addım atdığını bildirib: "Addım-addım dialoq qurulması və əməkdaşlıq yolunun tapılması lazımdır. Bu görüşün həm Türkiyə, həm Rusiya, həm də dünya siyasəti üçün faydalı olacağını düşünürəm".Qeyd edək ki, Ərdoğan və Putin 2015-ci il 24 noyabrda Rusiya təyyarəsinin vurulması ilə yaşanan böhrandan sonra ilk dəfə bu gün görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31