Bu FOTO ABŞ-ı ikiyə böldü - Xalq açıqlama gözləyir
9 Avqust 2016 10:45 SiyasətNoyabrda Amerikada baş tutacaq prezident seçkisində demokratların namizədi Hillari Klintonun bu günlərdə çəkilən fotosu müzakirələrə səbəb olub.
qafqazinfo bildirir ki, sözügedən fotoda pilləkənlərdən qalxarkən xanım namizədə mühafizəçiləri kömək ediblər.
Amerika mediası belə vəziyyətdə H. Klintonun sağlıq durumunun necə olmasından ehtiyatlanıb. Onun səhhəti ilə bağlı açıqlama verilməsini istəyirlər. Foto onun Kolorado əyalətində apardığı seçki kampaniyası zamanı çəkilib.
Qeyd edək ki, H. Klinton 2009-cu ildə dirsəyini qırıb, 2011-ci ildə təyyarəyə minərkən yıxılıb. Elə həmin ildə də beyin əməliyyatı keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31