Referendum da müxalifəti birləşdirə bilmədi

“Nikah diplomatiyası” da fiaskoya uğramaqdadır

"Nikah diplomatiyası" da fiaskoya uğramaqdadır

Müxalifət bu dəfə də bir araya gələ bilmədi. Adətən iqtidarın atdığı istənilən addıma qara

yaxmaq, onu gözdən salmaq məqsədilə müxalifət birlik nümayiş etdirməyə gəhd göstərirdi. Bu

dəfə ölkədə keçiriləcək referendun aktı ilə bağlı müxalifətin birlik istəyi elə beşikdəcə boğulmuş

oldu. Belə ki, Müsavat başqanı Arif Hacılının AXCP sədri Əli Kərimlinin birlik təklifinə rədd cavab

verməsi ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olub. Vəziyyət o həddə çatıb ki,

mətbuatda bir-birlərinə qarşı kəskin tənqidlə çıxış edən tərəflər əksər hallarda sərhədi keçərək

təhqir dolu ifadələr yağdırılar. Bununla kifayətlənməyən əbədi və əzəli rəqiblər sosial şəbəkələr

vasitəsilə heç bir etikaya sığmayan, qatı açılmamış söyüşlər işlədirlər. Məslə orasındadır ki,

iyirmi ildən artıqdır ki, müxalifət düşərgəsində təmsil olunan siyasi qurumlar və onların liderləri

"ana müxalifət" uğrunda mübarizə aparmaqdan usanmırlar. Elə buna görə də bir-birlərini iqtidara 

"işləməkdə" ittiham edirlər. Bununla da bilərəkdən, yaxud bilməyərəkdən bir-birlərini

didişdirməklə iqtidara yaşıl işıq yandırmış olurlar. Müşahidələr deməyə əsas verir ki, müxaliftədə

təmsil olunan AXCP və Müsavat tərəfindən bu funksiya növbəlilik prinsipi ilə həyata keçirilir.

Belə məlum olur ki, bu dəfə də kim qabağa düşüb qarşı tərəfi daha çox şantaj edəcəksə, daha

çox qazanmış olacaq. Məsələ orasındadır ki, müxalifətin iqtidardan yarınmaq siyasəti nə sadə

partiya üzvlər, nə də digər pariyalar tərəfindən birməınalı qarşılanmır. Buna səbəb partiya

liderlərinin nəinki eyni cəbhədə təmsil olunan partiyalara, eləcə də öz partiyadaşlarına qarşı

qərəzli ittihamlar irəli sürməsidir. "Müsavat partiyası ilə "Yeni Müsavat" qəzeti arasında baş

verənlər dediklərimizin bariz nümunəsi kimi qəbul oluna bilər. Müsabat başqanı Arif Haçılının

mövqe uğrunda mübarizəsi demək olar ki, partiya ilə qəzet arasında bütün körpülərin

yandırılması ilə nəticələnib. Etiraf edək ki, "Müsavat partiyası ilə "Yeni Müsavat" arasında

yaranan gərginlik bir sıra müxalifət partiyalarının ümumi maraqlarına cavab verir. Elə bu

səbədən də prosesə müdaxilə edərək katalizatir rolunu oynamağa çalışırlar. Məslən, alternativ

AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib ki, Müsavat partiyası ilə "Yeni Müsavat"

arasındakı baş verənlər Arif Hacılının intriqabazlığının, şəxsi ambisiyalarının, qeyri-

obyektivliyinin nəticəsidir: "Biz 2014-cü ildə şahidi olduq ki, Müsavat uçuruma gedir. Bütün

tanınmış simalar partiyadan istefa verdilər. Məhz Arif Hacılının "əməyi" sayəsində bu proses bu

gün də davam edir. Heç bu adamla işləmək istəmir, onunla eyni əqidənin daşıyıcısı, eyni yolun

yolçusu olmaq heç kimin istəyi deyil". Arif Hacılı ilə Rauf Arifoğlu arasında baş verən insidentə

münasibət bildirən E.Mehdiyev onu da qeyd edib ki, son üç il ərzində bir daha bəlli oldu ki, Əli

Kərimli, Arif Hacılı kimi şəxslərin rəhbərlik etdiyi partiya heç bir siyasi uğur qazana bilməz:

"Çünki bu adamlar şəxsi mənafelərini milli mənafedən, partiya maraqlarından üstün tuturlar.

Yadınızdadırsa, elə bu yaxınlara qədər Arif Hacılının ən çox təbliğatını aparan mətbu orqan

məhz "Yeni Müsavat" qəzeti idi. Rauf Arifoğlu ona dəfələrlə kömək edib. Bir sözlə, bu adamlar

şəxsi çıxarları üçün hər kəsi ayağından asmağa hazırdılar. İndi təsəvvür edin ki, Arif Hacılı Rauf

Arifoğluna qarşı belədirsə, gör indi sıravi müsavatçılara qarşı necə ədalətsizdir!". VİP sədri Əli

Əliyev birmənalı şəkildə bildirib ki, referendumda müxalifətin bir araya gəlməsi mümkünsüzdür.

Onun sözlərinə görə, referendumda da müxalifətin bir araya gələ bilməməsinin bir neçə səbəbi

var: "İlk növbədə müxalifət qüvvələri arasında illər uzunu formalaşmış etimadsızlıq mühiti var.

Digər səbəb vəziyyətin real durumudur. Düşərgədə vəziyyətin dəyişməyəcəyi ovqatı hökm sürür.

Bu baxımdan, lider və təşkilatlar ilk növbədə taktiki problemləri həll edirlər. Hamı "mövsümi"

çətinlikləri çözməyə çalışır. Fərqindədirlər ki, vəziyyətin kardinal dəyişməsinin makro səbəbləri

mövcuddur. Özümüzü deyilənlərdən kənarda saxlamırıq, bunlar bizə də aiddir". Partiya sədri

onu da bildirib ki, bu gün müxalifətin vəzifəsi cəmiyyətin və dünyanın susqunluğu şəraitində

mümkün mübarizəni ortaya qoymaqdır: "Ən mühüm 2 müttəfiqindən məhrum edilmiş müxalifət

belə reallıqda çox böyük nəticə göstərə bilməz. Müxalifətin bugünkü durumuna sevinmək deyil,

qüssələnmək daha düz olardı". Göründüyü ki, müxalifət rəsmiləri nə baş verməsindən asılı

olmayaraq bir-birlərini müxalifətin birliyinə mane olmaqda ittiham edirlər. Əslində bu ittihamlar

oş-boşuna yaranmır, nəyəsə əsaslanıb söylənilir. Qeyd edək ki, hətta hansısa müxalifət lideri

tərəfindən ölkədə yarananvəzittələ bağlı xoşməramlı, demokratik qüvvələrin, cəmiyyətin

maraqları naminə təklif irəli sürülsə belə, mütləq "müttəfiq" partiya ona qarşı çıxacaq. Çünki 

müxalifəti ümumi maraqlır deyil, şəxsi ambisiyalar düşündürür. Məhz bu kimi ambisiyalar

müxalifət partiyaları arasında əməkdaşlıq prespektivlərini sıfıra endirir. Ümüd qalıb "nikah

diplomatiyasına" ki, onun da səmərə verəcəyi inandırıcı görünmür. Baxmayaraq ki, 17 saylı

həbsdə olan AXCP sədrinin müavini Seymur Həziyevlə Müsavat partiyasının üzvü Nigar

Yaqublunun nikah mərasimi baş tutib, ancaq bunun da elə bir səmərə verməyəcəyi indidən

bəllidir. Çünki ortada müxalifət liderlərinin şəxsi ambisiyası var.

ALİM 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31