Millət vəkili: “Ümummilli Lider ölkəyə yeni bir nəfəs gətirdi”

"Ümummilli Lider Heydər Əliyev xalqın dəvəti və təkidi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.  Beləcə 15 iyun Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı". BunuSİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəyə yeni bir nəfəs, ruh gətirdi: "Qısa bir zamanda Azərbaycanda müstəqil dövlət quruluşu formalaşdırdı.  Cəbhədə müvəqqəti atəşkəs əldə edildi və hamımızın fəxr etdiyi dünyada tanınan, böyük nüfuza malik, dünyanın  siyasi-iqtisadi həyatında mühüm rolu olan müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün də, ölkəmiz Ulu Öndərin siyasi xəttinin davamçısı cənab İlham Əliyev rəhərliyi altında  məharətlə idarə olunur , günü gündən güclənir və sözün əsil mənasında müstəqil ölkəyə çevrilib. Heydər Əliyevin sözləri ilə desək: "Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir". Xalqımız hər zaman Ulu öndərin ruhu qarşısında baş əyir və nə qədər Azərbaycan var Heydər Əliyev də xalqla birlikdə yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31