Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək
14 İyun 2016 17:23 SiyasətRusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevvə Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
***
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.
Məlumata görə, Ermənistanın "1in.am" saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb.
Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31