Miqrasiya cərimələrini sərhəd məntəqəsində ödəmək mümkün olacaq
14 İyun 2016 15:19 SiyasətAzərbaycanda miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cərimələrin ödənilməsi mexanizmi təkmilləşdirilib. "Olaylar"ın məlumatına görə, yenilik cərimələrin elektron qaydada ödənilməsi ilə bağlıdır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bundan sonra Azərbaycanın istənilən sərhəd-keçid məntəqəsində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı cəriməni elektron qaydada ödəmək mümkün olacaq. Qeyd edək ki, bu yay Azərbaycanda "ASAN Viza" sistemi işə salınacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31