Moskvada MDB ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək
14 İyun 2016 14:27 SiyasətMoskvada iyunun 15-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri Şurasının iclası keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Şuranın işində İcraiyyə Komitəsinin sədri - MDB-nin icra katibi Sergey Lebedev iştirak edəcək.
İclasda 2020-ci ilədək Hərbi Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, MDB ölkələrinin hava-kosmik müdafiə konsepsiyası layihəsinin hazırlanması, 2016-cı ildə Ordu Beynəlxalq Oyunlarının hazrlığı və keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Həmçinin, iclasda maliyyə və kadr məsələləri üzrə bir sıra qərar qəbul olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31