ADP: “Terrora qarşı bütün dünya birləşməlidir”

ADP Mətbuat Xidməti Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş vermiş terror hadisəsi ilə əlaqədar partiyanın mövqeyini açıqlayıb. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, demokratlar ABŞ-ın Florida ştatındakı çoxsaylı insanın tələf olması və yaralanması ilə nəticələnən terror aksiyasından sarsılıb.  ADP hesab edir ki, hansı qüvvənin törətməsindən və harada baş verməsindən asılı olmayaraq terror, bütün bəşəriyyətə, insanlığa qarşıdır və şiddətlə lənətlənməlidir. Partiya eyni zamanda terror hadisələrinin irqi, milli, dini və s. amillərlə əlaqələndirilməsi cəhdlərini də qətiyyətlə pisləyib və bu böyük bəlaya qarşı bütün dünyanın birləşməli olduğunu bir daha vurğulayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31