İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi?”
14 İyun 2016 13:39 SiyasətMillət vəkili Zahid Oruc parlamentin növbədənkənar sessiyasında İranla Azərbaycan arasında bağlanması nəzərdə tutulan sazişlər ətrafında çıxış edib. "Olaylar" xəbər verir ki, o qeyd edib ki, sözügedən sazişlər Azərbaycanın və İranın dövlət maraqlarına uyğundur: "Bunlar əvvəldən də bağlanıla bilərdi. Ancaq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı buna nail oldu. O zamankı İran rəhbərliyi də bunu Ermənistanla həyata keçirmək istəyirdi. Ancaq bir məqamı qeyd etmək istəyirəm. Ramazan ayının hansı gündə başladığının müzakirə olunduğu bir vaxtda İran prezidenti Ermənstanın Xarici işlər nazirini qəbul edib. Bu bizdə narahatçılıq doğurmur. Biz düşünürdük ki, bu dövləti münasibətlərdir. Amma İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi?"