Alper Coşkun geri çağırıldı - Türkiyədən yeni səfir təyinatı

Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişdirib.

"Hürriyet"in xəbərə görə, yeni böyükelçilər qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub. E. Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı (aparat rəhbəri) Meral Barlaş isə Argentinaya səfir göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31