BAXCP rəsmisi: “Əli Kərimlinin ətrafında heç 5-10 nəfər adam yoxdur”

“Bu günə kimi Azərbaycanda  keçirilən bütün beynəlxalq tədbirlərin əleyhinə həm erməni diasporası, həm də daxildə olan Əli Kərimli və onun əlaltıları fəaliyyət göstəriblər”.  Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı “Milli Şura” və AXCP-nin Azərbaycanda keçiriləcək “Formula-1” yarışı ərəfəsində planlaşdırdıqları aksiyaya münasibət bildirərkən deyib.

"Bu günə kimi Azərbaycanda  keçirilən bütün beynəlxalq tədbirlərin əleyhinə həm erməni diasporası, həm də daxildə olan Əli Kərimli və onun əlaltıları fəaliyyət göstəriblər".  Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı "Milli Şura" və AXCP-nin Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ərəfəsində planlaşdırdıqları aksiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin, Əli Kərimlinin də əsas məqsədi o olub ki, bütün dünyanın nəzəri Azərbaycanda olduğu halda imkan düşdükcə dövlətin və onun hakimiyyətinin əleyhinə qarayaxma kampaniyası aparsınlar: "Bu gün də Əli Kərimlinin bu cür təşəbbüslə çıxış etməsini təbii qarşılamaq lazımdır. Əsas məqsəd dövlətə zərbə vurmaqdır. Bu adamın ətrafında 5-10 nəfər yoxdur. Belə vəziyyətdə hansı aksiyadan söhbət gedə bilər?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31