Mehdi Səlimzadə Göyçayın icra başçısı təyin olunub

Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub.

Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə Mehdi Səlimzadə təyin olunub. M. Səlimzadə bunadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.


M. Səlimzadə informasiyanı "APA-Economics"ə təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31