"İlham Əliyev dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib"

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Bundestaqda nəzərdə tutulan görüşlərini təxirə salaraq dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.

Məlumata görə, bunu Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı deyib.

O qeyd edib ki, Almaniya Bundestaqının qondarma "erməni soyqırım"ının tanınmasına dair qətnamə qəbul etməsinə görə İlham Əliyev alman deputatlar və iki ölkə arasında parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşməyib:

"Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu bir daha göstərdi. İlham Əliyev Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olmaqla yanaşı, qardaş ölkələr olduğunu da nümayiş etdirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31