XİN: Prezidentlərin görüşünün vaxtı hələlik məlum deyil
9 İyun 2016 16:16 SiyasətErmənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.
"News.am"ın verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş ATƏT-in Minsk qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.
Yekun bəyanata əsasən, növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31