Putin bir ilkə imza atdı - "Türkiyəni dəstəkləyirik" dedi
Rusiya prezidenti Vladimir Putin uzun zamandan sonra, bir ilkə imza ataraq Türkiyə ilə İsrail arasındakı danışıqları dəstəklədiklərini açıqlayıb.
9 İyun 2016 09:39 SiyasətRusiya prezidenti Vladimir Putin uzun zamandan sonra, bir ilkə imza ataraq Türkiyə ilə İsrail arasındakı danışıqları dəstəklədiklərini açıqlayıb.
Avropa.info xəbər verir ki, Putin iki ölkə arasında münasibətlərin düzəldilməsini dəstəklədiklərini deyib.
Putin bu sözləri ilə ilk dəfə Türkiyə-İsrail münasibətlərinin düzəlməsinə dəstək vermiş olub. Həmçinin, təyyarə olayından sonra, ilk dəfə Türkiyənin atdığı hər hansısa bir addımı dəstəkləyib.
Qeyd edək ki, Türkiyə xarici işlər Naziri Mövlud Çavuşoğlu, İsrail ilə Mavi Mərmərə olayından sonra gərginləşən münasibətlərin normallaşması üçün aparılan danışıqların davam etdiyini açıqlayıb.