Araz Əlizadə: “Müxalifət birlik üzrə dünya “çempionu"dur”
10 Mart 2016 12:38 Siyasət"Bu gün müxalifət liderləri xalqı o qədər aldadıb ki, nə desələr də, cəmiyyət onlara inanmır". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə müxalifət liderlərinin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşə daha çox maraq göstərməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hətta Qərbdən gələnlər də onlara inanmırlar: "Sadəcə olaraq Qərbdən gələnlərə onlar tula kimi lazımdır ki, canavarları qorxutsunlar. Amma başa düşmürlər ki, canavarlar o tulalardan deyil ki, onlardan qorxmaq olsun. Onların əsas məqsədi özlərini gündəmdə saxlamaqdır". A.Əlizadə əlavə edib ki, ildə bir dəfə müxalifətin birliyi yaradılır: "Hətta onlar birlik üzrə dünya "çempionu"durlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31