AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb
9 Mart 2016 12:57 SiyasətAvropa Şurası Parlament Assambleyasının(AŞPA) 18-22 aprel tarixlərində Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanıb. "Olaylar" xəbər verir ki, sessiyada komitələrin tərkibində dəyişiklik ediləcək, Büro və Daimi Komitənin tərəqqi hesabatları dinləniləcək, Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlər seçiləcək. Bundan başqa Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksi illik hesabatını təqdim edəcək. Sessiyada Türkiyənin baş naziri Əhməd Davudoğlu, Avropa Komissiyasının prezidenti Jan Kloud Yunker, Avropa Şurasının baş katibi Torbjörn Yaqland, Avstriya prezidenti Heinz Fiscer, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Gürcüstanın baş naziri Giorgi Kvırıkaşvili, Yunanıstanın baş naziri Aleksis Sipras çıxış edəcək. Suriyadakı miqrant böhranı sessiya çərçivəsində müzakirə olunacaq. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın uşaqların radiklallaşmasının qarşısının alınmasına dair məruzəsi təqdim ediləcək.