Prezident İlham Əliyev Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib
9 Mart 2016 11:58 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00