Vidadi Muradov "Şöhrət" ordeni ilə təltif edildi
7 Mart 2016 18:24 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vidadi Aydın oğlu Muradovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda xalçaçılıq sənətinin inkişafında xidmətlərinə görə Vidadi Aydın oğlu Muradov "Şöhrət" ordeni ilə təltif edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00