Azərbaycan prezidenti Maştağa-Bilgəh yolunun tikintisinə 2,5 milyon manat ayırıb
7 Mart 2016 18:22 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə isə tikinti işlərini təmin etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00