NATO-nun əlaqələndirici zabiti: “Azərbaycan digər tərəfdaş ölkələrdən daha fəaldır”
7 Mart 2016 14:15 Siyasət"Azərbaycan NATO-nun bütün layihələrində iştirak edir və bu məsələdə digər tərəfdaşlarından daha fəaldır". APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu bildirib. "Biz Azərbaycan, Gürcüstan və digər ölkələrin iştirak edə biləcəyi hərbi treninqlər haqqında da düşünürük. Azərbaycan-NATO münasibətləri həmişəki kimi möhkəm və sabitdir", - deyə o vurğulayıb. Gürcüstanın NATO üzvlüyünə can atan ölkə olduğunu deyən U. Lahyu eyni zamanda Azərbaycan və Ermənistanın NATO-nun bütün layihələrində iştirak etdiyini diqqətə çatdırıb. "Regiondakı əməkdaşlığımız çox möhkəm və sabitdir. Hər üç ölkə NATO ilə güclü tərəfdaşlığın qorunub saxlanmasında maraqlıdır", - deyə U. Layhu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00