Əfqanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
23 Dekabr 2015 12:47 SiyasətƏfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri dekabrın 23-də başa çatıb. Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00