Əfqanıstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00