Avropanın Azərbaycanda hüququ xaos yaratmaq cəhdləri
Ölkədə cəzasızlıq mühitinin yaradılmasına imkan verilməyəcək
21 Dekabr 2015 17:07 SiyasətAzərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən qarşısına qoyduğu prioritet vəzifələrdən biri də beynəlxalq təşkilat və qurumlarla, siyasi institutlarla bərabərhüquqlu əsaslarla əməkdaşlıq etmək, onlarla əlaqələri inkişaf etdirməkdir. Ötən 20 ildən artıq bir müddət ərzində ölkəmiz qeyd edilən istiqamətlərdə kifayəq qədər uğurlarta imza atıb, müxtəlif sahələr üzrə beynəlxalq təcrübəni öyrənərək onu qanunvericilikdə tətbiq edib. Xüsusilə, ümummilli lider Heydər Əliyevin hakimiyyəti gəldiyi dövrdən etibarən Azərbaycan universal dəyərlərə sadiqliyini bəyan edib, insan hüquqları, söz və mətbuat azadlıqlarının , gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenial ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulub. Təkcə qeyd edilən sazişlərə qoşulmaqla işini bitmiş hesab etməyən Azərbaycan dövləti həmin sənədlərin icrasını da yüksək səviyyədə təmin edib. Azərbaycanda gender bərabərliyi yüksək səviyydə qorunub, söz və mətbuat azadlığının daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün lazımı şərait yaradılıb. Mətbuat üzərinə nəzarəti həyata keçirən icra orqanı ləğv edilib, senzura aradan qaldırılıb, qəzet və jurnalların qeydiyyat proseduru sadələşdirilib. Hazırda da dövlət mətbuata hər cür dəstək verir, onun problemlərinin aradan qaldırılması istiqamətində zəruri addımlar atır.
Azərbaycanda milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Ötən illər ərzində Qərb təsisatları ilə əməkdaşlıq nəticəsində bir sıra hüquq aktlar təkmilləşdirilib, Avropa Şurasının Venesiya Komissiyası ilə birgə iş sayəsində Seçki Məcəlləsi qəbul olunub. Hazırda da Azərbaycan dövləti qanunvericilik aktlarının təkmilləşdirilməsi, onların zamanın tələbinə uyğunlaşdırılması məqsədilə Qərb təsisatları ilə əməkdaşlığını davam etdirir. Ancaq təssüflər olsun ki, bir çox hallarda həmin təsisatlar Azərbaycanla bərabərhüquqlu əməkdaşlıqdan daha çox təzyiq, güc dili ilə danışmağa, davranmağa üstünlük verirlər. Ölkəmiz qarşısında əsassız olaraq şərtlər qoyulur, Azərbaycan məcburən hansısa addımı atmağa sövq edilir. Necə ki, bu cür qeyri-obyektiv yanaşma Avropa Şurasının Nazirlər Komitəsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ortaya qoyulur. Hər iki qurum ədalət prinsipini bir kənara qoyaraq müəyyən dairələrin maraqlarının icraçısı kimi
REAL Hərəkatının lideri İlqar Məmmədovun Azərbaycan qanunlarının tapdalanaraq azadlığa buraxılmasını tələb edir. Məlumat üçün qeyd edək ki, REAL Hərəkatının lideri İlqaq Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkili ilə əlaqədar 7 il müddətinə həbs olunub. 2014-cü ilin mayında isə Avropa İnsan Haqları Məhkəməsi fəaliyyət prinsiplərini ayaq altına ataraq İlqar Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb. Eyni zamanda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brasör də əsassız çıxışları ilə İlqar Məmmədovun həbsdən buraxılması üçün Azərbaycan hakimiyyətinə müraciət edib. Ann Brasör bildirib ki, Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının üzv dövlətlər tərəfindən icra vəziyyətini araşdırıb. Orada bir daha qeyd olunub ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra eləmək istəmir. Ortaya maraqlı sual çıxır. Hakimiyyət çevrilişinin iştirakçısı olan biri nə üçün azadlığa buraxılmalıdır? Məgər sözügedən qurumlar və şəxslər anoloji hadisə hansısa Avropa ölkəsi, lap elə Rusiyanın forpostu sayılan Ermənistanda baş versəydi eyni tələblə çıxış edərlərdimi? Əlbəttə ki, yox.
Məlumat üçün qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, beynəlxalq konvensiyaların şərtləri, qoşulmuş olduqları Qərb təsisatlarının aktları yalnız milli qanunvericiliyə zidd olmadıqda tətbiq edilə bilər. Avropa Məhkəməsinin hökmü də yerli məhkəmələr üzərində üstünlüyə malik deyil. Eyni hal Almaniya və Böyük Britaniya praktikasında da var. Bu ölkələr son illər ərzində Avropa Məhkəməsinin heç bir hökmünü icra etməyiblər. Hətta Ermənistan belə Avropa Məhkəməsinin qərarlarını icra etməkdən yayınıb. Baxmayaraq ki, Avropa Məhkəməsi Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə qərar çıxarıb, lakin bu günə qədər işğalçı ölkə həmin qərarın icrası istiqamətində heç bir addım atmayıb. Elə isə nə üçün hədəfdə məhz Azərbaycan olmalıdır? Sadalanan faktlara nisbətdə Azərbaycan bu günə qədər bir çox humanist addımlar atıb. Elə bir neçə gün əvvəl müxtəlif cinayət əməllərinə görə azadlıqdan məhkum edilmiş "hüquq müdafiəçisi" Leyla Yunusun səhhətində baş verən ciddi narahatlıqlara görə məhkəmə zalından azad edilməsinin timsalında bunu göstərmək mümkündür. Ancaq bu ona əsas vermir ki, Avropa Məhkəməsi əməkdaşlıq etdiyi Azərbaycana istənilən zaman istənilən şərti irəli sürə və onun reallaşmasını tələb edə bilər. Hüquq prinsipləri, qanunun aliliyindən bəhs edən avropalılar bilməlidirlər ki, hansısa ölkəni, elə Azərbaycanın özünü bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühiti formalaşdırlmasına gətirib çıxara bilər. Azərbaycan heç bir halda Avropa məhkəmələri vasitəsilə ölkədə hüquqi xaos, cəzasızlıq mühitinin yaradılmasına imkan verməyəcək.
Süleyman