Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycana səfəri başlayıb
21 Dekabr 2015 14:39 SiyasətTürkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu gün Azərbaycana gəlib. APA-nın xəbərinə görə, onu Heydər Əliyev Hava Limanında parlamentin vitse-spikeri Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00