Xalqımızın hamılıqla milli iradə göstərməsi lazımdır

“Müxalifət və ya iqtidaryönümlü olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı hazırlanmış layihəni çirkin planın bir hissəsi kimi görməlidir”

Azərbaycan yenidən hədəf taxtasına çevrilib. Müntəzəm olaraq ölkəmiz əleyhinə kampaniya aparan, onun artan nüfuzuna zərbə vurmağa çalışan antiAzərbaycan şəbəkə indi də Birləşmiş Ştatlar Konqresini bu prosesə cəlb edib. Xəbərlərdən də aydın olduğu kimi Azəbaycana qarşı kəskin düşmənçilik mövqeyi nmayiş etdirən, erməni lobbisinin əli ilə ölkəmizə qarşı çirkin kampaniya aparan amerikalı konrqesmen, Birləşmiş Ştatların Helsinki Komissiyasının sədri Kris Smit "Azərbaycan Demokratiya Aktı" adlı sənəd hazırlayaraq onun Konqresdə qəbul edilməsinə çalışır. Sənəddə Azərbaycanın bir sıra hökumət rəsmilərinə xarici ölkələrə səfərlər zamanı viza verilməməsi, onların bank hesablarının dondurulması kimi əsassız müddüəlar yer alır.
Birləşmiş Ştatlar-Azərbaycan əlaqələrinin pozulmasına, iki ölkə arasında münasibətlərin sərinləşməsinə xidmət edən belə bir sənədin gündəmə gəlməsi Azərbaycanda haqlı olaraq narazılığa səbəb olub. Cəmiyyətin demək olar ki, bütün təbəqələri tərəfindən etirazla qarşılanan sözügedən sənəd "Azərbaycan Demokratiya Aktı" adlansa da əslində o, demokratiyadan tamamilə uzaq, özündə yalnız Azəbaycana qarşı düşmən mövqeyi ehtiva edən təşəbbüsdür.
Azərbaycanda fəaliyyət göstərən çoxsaylı gənclər və qeyri-hökumət təşkilatları da Kris Smit tərəfindən gündəmə gələn "Azərbaycan Demokratiya Aktı" adlı antidemokratik sənədin Birləşmiş Ştatlarda mümkün müzakirəsinə qarşı kəskin etirazlarını bildiriblər.
Gənclərin Mənəvi Inkişafı Ictimai Birliyinin sədri Ramiq Vəliyev bildirib ki, Birləşmiş Ştatların Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin adıçəkilən quruma Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsi ölkəmizə qarşı qərəzli mövqenin nmayişidir. Onun sözlərinə görə, bu cür qərəzli layihənin Birləşmiş Ştatlar Konqresindən keçməsi o qədər ağlabatan görünməsə də, Azərbaycan əleyhində belə bir layihənin hazırlanması cəsarəti təəccüb doğurur: "Əgər layihəni hazırlayan komissiyanın sədri Kris Smitin erməni diasporasının üzvü olduğunu nəzərə almasaydıq. Azərbaycan dövlətinin uzun illər boyu göstərdiyi siyasi iradəni qırmaq
üçün hazırlanmış bu layihənin aqibəti əvvəlkilərdən heç də fərqli olmayacaq. Lakin bu cür məsələdə xalqımızın hamılıqla milli iradə göstərməsi lazımdır, müxalifət və ya iqtidaryönümlü olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı hazırlanmış layihəni təkcə iqtidarda təmsil olunan rəhbər şəxslərə qarşı yönəlmiş addım kimi dəyərləndirməməli, bizi sevməyən dairələr tərəfindən xalqın seçdiyi və xalqı təmsil edən şəxslərin timsalında Azərbaycan dövlətinə və xalqına qarşı hazırlanmış çirkin planın bir hissəsi kimi görməlidir". Ramiq Vəliyev deyib ki, bu gün Azərbaycan regionda lider ölkələrdən biri, Qafqazda isə lider ölkə kimi müstəqil siyasət yürüdür. Lakin hazırkı dövrdə milli iradə və müstəqil siyasət aparan bir iqtidarın dünyanı yenidən formalaşdırmaq istəyən qüvvələrin hədəfinə çevrilmə ehtimalı var: "Hadisələrin pərdəarxasındakı oyunçuları görərək baş verən prosseslərə milli təəssüb hisslərimizlə yanaşmalıyıq. Dövlətimizi qorumaq, ona sahib çıxmaq təkcə ölkənin ağır yükünü çiyinləri üzərində daşıyan rəhbər şəxlərə aid deyil. Gəlin, hamılıqla dünyada, xüsusilə müsəlman aləmində baş verən qanlı terror aktlarını, vətəndaş müharibələrini, aclığı və səfaləti düşünərək doğma vətənimiz olan Azərbaycanı bu dağıdıcı proseslərdən illərdir qoruyub saxlayan ölkəmizin başçısı Prezident İlham Əliyevə dəstək olaq".
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Kris Smitin Azərbaycana qarşı qərəzli mövqedən yanaşılan bir sənəd hazırlamasından təssüf hissi keçirdiyini deyib. Bildirib ki, demokratiyadan çox-çox uzaq olan "Azərbaycan Demokratiya Aktı" heç bir fakta əsaslanmayan qərəzli və qeyri obyektivdir: "Bu layihə Azərbaycan və ABŞ dövləti və xalqı arasında olan strateji və dostluq münasibətlərinə kimlərinsə kölgə salması məqsədi ilə hazırlanmışdır. Bütün dünyaya yaxşı bəllidir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və tolerant bir dövlətdir. Bu gün Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır. Bu günə kimi, bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın statusundadır. Mən cənab Kris Smitə bir sual vermək istəyirəmş Məgər bir milyondan çox məcburi köçkün və qaçqın azərbaycanlılar insan deyilmi? Bəs bu insanların hüquqlarının müdafiəsi üçün niyə indiyə kimi cənab Kris Smit səsini çıxartmayıb?".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00