Azərbaycan prezidenti İsveçrəyə gedib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 18-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərinə səfər edib. APA-nın məlumatına görə, səfərin məqsədi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etməkdir.

Qeyd edək ki, görüş dekabrın 19-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00