Uorlik: “Sabah Azərbaycan və Ermənistan prezidentlərinin vacib danışıqlar üçün görüşünü gözləyirik”
18 Dekabr 2015 16:40 Siyasət"Sabah prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik". APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" səhifəsində yazıb.
Qeyd edək ki, sabah Ermənistan və Azərbaycan prezidentlərinin İsveçrənin Bern şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00