Kris Smitin qanun layihəsi ABŞ-ın dövlət maraqlarına ziddir
Spiker: “Amerika səfirliyinə deyin açıqlama versin”
18 Dekabr 2015 16:10 SiyasətMilli Məclisin dekabrın 18-də keçirilən iclasında Helsinki Komissiyasının fəaliyyəti müzakirə edilib. Əvvəlcə spiker Oqtay Əsədov ABŞ Konqressinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smitin təqdim etdiyi layihə haqqında danışıb. Xatırladıb ki, ermənilərin radikal diaspor rəhbərlərindən biri olan Aram Hamparyan tvitter səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib: "Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar partiyasının üzvü olub. İndi isə o erməni diasporasının üzvüdür. Bunu media şok- şok deyə təqdim edir. Burda şok nə var ki? Təssəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə bir çıxış edib. O adi deputatdır. Bu il 31 dekabrda əfv fərmanı olacağı gözlənir. Bununla onlar qəsdən istəyirlər ki,əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Amma biz onların niyyətləri ilə iş görmürük. Amerika səfiri jurnalistlərə açıqlama versin ki, bu bəyanat Amerika dövlətinin mövqeyidirmi, yoxsa hansısa adi bir konqresmenin mövqeyidirmi?". Spiker qeyd edib ki, ABŞ Konqresində Azərbaycanın dostları, konstruktiv deputatları var: "Məlum layihə Konqresdən keçməyəcək". Milli Məclisin Parlamentlərarası münasibətlər və beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidov isə qeyd edib ki, kontekstdən çıxarılmış layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Bildirib ki, bu Amerikanın özünə mənfi təsir göstərən amildir: "Təəssüflər olsun ki, mediada oxuyuruq ki, bu ABŞ Konqresinin Helsinki Komissiyasının təqdim etdiyi layihədir. Əslində isə Helsinki Komissiyasının Konqresə aidiyyəti yoxdur. Cənab Smit bunu etməklə pis iş görür. Sözsüz ki, bu həm də erməni diasporasının fəaliyyətidir. Mən sizə iki sənəd təqdim edəcəm. Birincisi Helsinki Komissiyasının sənədidir. Sənəddə qeyd olunur ki, Helsinki Komissiyası xəbər verir ki, həmin şəxs Konqresə layihə təqdim edib. 9 konqresmen,9 senator və digər şəxslər sənədin altınadan imza atmayıb. Yalnız bir nəfər-Smit imza atıb. Bu şəxs erməni diasporasının hörmətini qazanan şəxsdir. Bu şəxsin addımı təxribatdır. Bu ermənipərəst, anti-Azərbaycan qüvvələrin hiyləgər cəhdidir. ABŞ Konqresinə ildə 4 min qanun layihələri daxil olur. Onların içərisindən seçilərək 120-130 sənəd qəbul edilir. Yəni bu tərzdə hazırlanan sənədin qəbul ehtimalı sıfırdır. Onlar niyə bu işi görürlər? Azərbaycanda insan haqları ilə bağlı müntəzəm işlərin aparılması göz qabağındadır. İlin sonunda əfv fərmanları olur. Azərbaycan siyasəti, ABŞ-la münasibət yüksək səviyyədə öz əksini tapır, regionda olan problemlərə təsir imkanı əldə edir. Erməni diasporası təkcə ABŞ-da deyil, başqa ölkələrdə də öz işlərinə başlayıb". S. Seyidov bildirib ki, ayın 14-də Londonda Büronun iclasıbnda Yaqlandla birgə iştirak edib. Cənab Yaqland çıxışında qeyd etdi ki, Avropa Şurasına daxil olan ölkələrdə konvensiyaların qəbulunda problem yaranıb: "Qeyd edildi ki, xaosdan çəkinərək daxili qanunvericiliyə üstünlük verirlər. Polşadan, İngiltərədən, Rusiyadan misal gətirdi. Mən də qeyd etdim ki, burada Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovlarla bağlı qərarını Ermənistan yerinə yetirmir. Bəli, Cənab Yaqland Azərbaycanda Məmmədov məsələsini qeyd etdi. Əlavə etdi ki, biz dialoq çətrçivəsində bu məsələləri həll etməliyik. Bunun üzərindən 2 gün keçdikdən sonra ABŞ-da Smit belə bir layihəni ortaya qoyur, Yaqlandın fikirlərini konteksdən çıxararaq istifadə edir.Bu bir ermənipərəst deputatın cəhdidir.Hesab edirəm ki, bunu düzgün qiymətləndirmək lazımdır". Səməd Seyidov qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: "Belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Ayın 16-da Kristofor Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Tomas Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu qrup adamın mövqeyidir". Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, əfv verilməlidir və hər kəs azadlığa buraxılmalıdır: "Bundan sonra görək hansı bəhanə tapacaqlar. Əfv sərəncamının verilməsi olduqca vacibdir. Ermənistanda referendum saxtalaşdırılıb. ABŞ səfirliyi qeyd edib ki, səsverməni saxtalaşdıranlar tədbirlərə çağırılmayacaq. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv fərmanı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Bu yaxınlarda Əhməd Davudoğlunun səfəri zamanı prezident İlham Əliyev bəyan etdi ki, Türkiyə bizim qardaşımızdır. Türkiyə NATO ölkəsidir. İndi qeyd etdiniz ki, əfv olacaq. Onlar düşünürlər ki, əfv olanda qeyd edəcəklər ki, bizim bu addımımızdan sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir və hər kəs azadlığa buraxılmalıdır. Bundan sonra görək hansı bəhanə tapacaqlar". Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycana qarşı yenidən hücumlara yol verilir: "Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, Amerika ATƏT Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti bu günə kimi bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında hesab edirəm ki, erməni təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır". Sonra gündəlikdə duran qanun layihələrinin müzakirəsi davam etdirilib.
Alim