Azərbaycanla təzyiq yolu ilə danışmaq qəbul edilməzdir

Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini konqresə təqdim edərək onun qəbuluna çalışan Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili səsləndirib. Bildirib ki, 907-ci düzəlişi xatırlamaq yerinə düşər: "Həmin düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu düzəlişdə sözügedən Kris Smitin böyük rolu vardı. Həmin şəxs ermənilərlə dostluğunu etiraf etməkdən çəkinmir. Dost olduqları üçün sırf onların sifarişini yerinə yetirir2. Toğrul Allahverdili deyir ki,  erməni diasporunun ən yaxın dostlarından olan Kris Smit ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındadır: "Smit qondarma "soyqırım"ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu və digər faktlara baxsaq, ermənilərlə Smit arasındakı əlaqələri aydın şəkildə görə bilərik. Ancaq Kris Smit anlamalıdır ki, Azərbaycanla təziq yolu ilə danışmaq qəbul edilməzdir və Azərbaycanda "siyasi məhbus"lar adlandırdıqları şəxslər Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00