Deputat: “Smitin addımları ABŞ-ın maraqlarına yönəlib”

"Azərbaycanla Amerika arasında hərtərəfli əməkdaşlıq var və bu əməkdaşlıq sadəcə iki dövlətin maraqlarına xidmət etmir". Bunu deputat Sahib Alıyev Amerika konqresində Helsinki Komissiyasının sədri Kristofer Smitin məlum qanun layihəsi haqqında danışarkən deyib: "Həm də regionda və region sərhədlərindən kənarda sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amerikada bəlli cevrələrin təsiri altında olanlar bu əlaqələrə xələl gətirirlər. Ermənipərəst konqresmenlər təcavüzə məruz qalanları təcavüzdə günahlandırırlar. Amerika müəyyən mənada demokratik dəyərlər daşıyıcısı Azərbaycan xalqının, siyasətçilərinin yaddaşında qalıb və bu addımlar ilk növbədə Amerikanın maraqlarına yönəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00