Oqtay Əsədov: “ Smit erməni diasporunun üzvüdür”
18 Dekabr 2015 13:24 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov konqresmen Kris Smit tərəfindən ABŞ Konqresinə Azərbaycanla bağlı təqdim olunmuş qanun layihəsinə münasibət bildirib. O. Əsədov deyib ki, Kris Smitin kim olduğu hər kəsə bəllidir: "O, əvvəllər Demokratlar, sonra isə Respublikaçılar Partiyasının üzvü, indi isə erməni diasporunun üzvüdür. Onun təqdim etdiyi qanun layihəsinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə bizdə jurnalistlər bunu şok məlumat kimi təqdim edirlər. Əslində isə buna bir o qədər də diqqət verməyə ehtiyac yoxdur. Hesab edirəm ki, jurnalistlər bu məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət etsinlər. Açıqlaqma verilsin ki, bu Konqresin fikridir, yoxsa ermənipərəst konqresmenin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00