Hərbi qulluqçumuz həlak olub
18 Dekabr 2015 11:59 Siyasət"OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00