Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman dekabrın 21-də Azərbaycana səfər edəcək. Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00