Ceyms Appaturay: “Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir”
17 Dekabr 2015 14:14 Siyasət"Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi ancaq münaqişənin siyasi tənzimlənməsindən sonra mümkündür". APA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib. Onun fikrincə, Dağlıq Qarabağa sülhməramlı qüvvələrin göndərilməsi barədə danışmaq tezdir: "Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün çalışmalıyıq. Mən Minsk qrupunun fəaliyyətinin yenilənməsini dəstəkləyirəm. 2016-cı ilin sonunda Ermənistan və Azərbaycan arasında daha effektiv dialoqun şahidi olacaqsınız". C. Appaturay qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik NATO-nun region ölkələri ilə əməkdaşlığına təsir etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00