Abdullah Gül Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib
16 Dekabr 2015 17:51 SiyasətTürkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli Prezident, əziz qardaşım, dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən "Günəşli" yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi. Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00