Kerri: “ABŞ və Rusiya İŞİD-i bütün dünya üçün ümumi təhlükə sayır”

"ABŞ-la Rusiya hesab edir ki, İŞİD bütün dövlətlər üçün ümumi təhlükədir və onunla danışıqlar aparıla bilməz". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı deyib. "Onlar (İŞİD-red.) mədəniyyətimizə, şərəfimizə qəsd edirlər. Bizim onlarla mübarizə aparmaqdan başqa seçimimiz qalmır", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00