Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq
14 Dekabr 2015 17:34 SiyasətTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan zirvə baş tutmayacaq. APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Xatırladaq ki, prezidentlərin iştirakı ilə Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının keçirilməsinə Antalyada keçirilən G 20 zirvəsində qərar verilmişdi. Rusiyaya məxsus təyyarənin vurulmasından sonra görüşün təxirə salındığı barədə xəbərlər yayılsa da, rəsmi açıqlama verilməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00