“MTN-nin əvəzində iki xidmət yaradılması müsbət addımdır”

Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunub və onun bazasında Dövlət Təhlükəszliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX)yaradılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəsi təyin olunub. Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər MTN-nin ləğv edilməsini optimal qərar kimi qiymətləndirib: "Əgər xatırlayırsınızsa, bir müddət əvvəl MTN-lə bağlı ciddi islahatların aparılmasına dair geniş məqalə yazmışdım. O məqalədə MTN-ini ləğv olunmasını və onun bazasında dövlət təhlükəsziliyi və kəşfiyyat xidmətlərinin yaradılmasının zəruriliyini əsaslandırmışdım. İndi dövlət başçısının mənim həmin təkliflərimlə üst-üstə düşən bir addım ataraq, MTN-nin ləğvi, əvəzində isə iki xidmət yaradılması haqda fərman verməsi çox müsbət qiymətləndirilməlidir.Yeni yaradılan xidmətlərin Əsasnaməsi ilə tanış olmadığımdan, bu barədə geniş danışmaq istəmirəm. Amma inanmaq istərdim ki, yeni xidmətlər öz adlarına uyğun olaraq əlaqəli şəkildə və əlbəttə ki, dövlətin təhlükəsizliyinin, maraqlarının qorunması istiqamətində birgə, effektiv fəaliyyət göstərəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00