ADP həmsədr ölkələri ermənipərəst mövqedə ittiham edir
14 Dekabr 2015 15:47 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda ölkədə və regionda baş verən proseslər müzakirə edilib. Son günlər Rusiyanın Ermənistan ərazisinə silah, sursat, çoxlu sayda hərbi texnika yerləşdirməsindən, həmçinin qondarma DQ rejiminin xarici işlər naziri K.Mirzoyanın ABŞ-a səfər edərək ABŞ rəsmiləri ilə görüşlər keçirməsi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uroliklə müzakirələr aparmasından ciddi narahat olduğunu bildirən ADP hər iki faktı regonun təhlükəsizliyini təhdid altında saxlayan, seperatizmi dəstəkləyən addım kimi dəyərləndirib. Partiya hesab edir ki, bu kimi ermənipərəst mövqelər həmsədr ölkələrin üzərinə götürdüyü barış missiyası ilə tamamilə ziddiyyət təşkil edir.