KİV-in fəaliyyətinə hansı hallarda xitam verilə bilər?

"Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişiklik edilir. Artıq məsələ Milli Məclisin Mədəniyyət komitəsində müzakirəyə çıxarılıb. Layihəyə görə, KİV-in istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Sənədin 19-cu maddəsinə təklif edilən dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00