Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılır

Türkiyədən Orta Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (AXDG) tərəfindən ciddi diqqət mərkəzində saxlanılır. "OLAYLAR"-ın XDG-yə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan AXDG Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılması, vahid və endirimli yükdaşıma tariflərinin tətbiq edilməsi və keçid prosedurlarının sadələşdirilməsi istiqamətində müvafiq qurumlar ilə birgə işləyir. Yük maşınlarının daha tez və vaxtında daşınması məqsədi ilə, AXDG Bakı-Aktau istiqamətində bərələrin mütəmadi səfər qrafikini təsdiq edib. Qeyd etmək lazımdır ki, həftədə 2 reys nəzərdə tutulmasına baxmayaraq, limanda yığılmış yük maşınlarının sayını nəzərə alaraq, AXDG , Ələt limanından Aktau istiqamətinə bərələrin növbədənkənar reyslərini də təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00