Ceyson Kats: Azərbaycanda seçkilər demokratik keçirildi

Azərbaycanda parlament seçkilərində müşahidə aparmış "Tool Shed Group"un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Katsın Secki-2015.az saytına müsahibəsi

- Azərbaycandakı seçkiləri necə qiymətləndirirsiniz?

- Ölkənizdə keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu. Mən seçkidə aktiv iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədik. Bizim olduğumuz məntəqələrdə heç bir problem qeydə alınmadı. Hesab edirəm ki, seçkilər azad və demokratik keçirildi.

- Azərbaycanın seçki təcrübəsini necə qiymətləndirirsiniz?

-  24 illik müstəqilliyə malik olan Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların quraşdırılması təcrübəsindən başqa ölkələr də yararlana bilər. Müşahidələrimi əsas götürərək deyə bilərəm ki, noyabrın 1-də Azərbaycanda baş tutan seçkilərdə  xalqı sərbəst şəkildə öz istədiyi namizədə səs verdi. 

- Qərbdə bəzi dairələr Azərbaycana qarşı ittihamlar irəli sürür. Sizcə bunun səbəbi nədir?

- Azərbaycanı sevməyən bəzi qüvvələr ölkənizin inkişafına, uğurlarınıza qısqanclıqla yanaşırlar. Digər tərəfdən Azərbaycanla bağlı mənfi fikir formlaşadırmağa çalışan qüvvələrin arxasında erməni diasporu dayanır. Bəzi dairələr insan haqları və demokratiya kimi dəyərləri qrup maraqlarına qurban verirlər. Bu təəssüf doğuran məqam olsa da, reallıqdır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00