Veb-kameralara 200 minə yaxın baxış olub

Noyabrın 1-də keçirilən parlament seçkilərində səsverməni izləmək üçün məntəqələrə quraşdırılan veb-kameralara 200 minə yaxın baxış olub. Secki-2015.az saytının məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, veb-kameralar 60 faiz kompyuter, 40 faiz isə mobil telefon vasitəsilə izlənib. Onlayn izləmənin 44 faizi ölkə hüdudlarından kənarda, xüsusilə də Avropa ölkələri, ABŞ və Rusiyadan olub.

Qeyd edək ki, noyabrın 1-də keçirilən parlament seçkilərini onlayn izləmək üçün 1000 məntəqədə veb-kamera quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00