Müxalifətin siyasi məğlubiyyəti

Onlar şəxsi maraqlarını ümumxalq mənafeyindən üstün tuturlar

Azərbaycana qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar və onların himayəsi ilə varlığını sübut etməyə çalışan müxalifətin bütün cəhdlərinə baxmayaraq ölkədə parlament seçkiləri baş tutdu. Özü də bu seçkilər bir sıra yenilikləri ilə əvvəlki seçkilərdən fərli oldu. Məsələn, seçici fəallığı əvvəlki parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çox oldu, seçki məntəqələrinə quraşdırılan veb-kameraların sayı 1000-ə çatdırıldı, seçicilərin təkrar səsverməsinin qarşısının alınması məqsədilə tətbiq edilən mexanizmlər beynəlxalq müşahidəçilər tərəfindən qənaətbəxş hesab olundu. Bir sözlə, seçkilərin şəffaflığına dəlalət edin bütün imkanlardan maksimum istifadə edildi. Beləliklə siyasi partiyalar və bitərəfləri təmsil edən namizədlər yeni parlamentin formalaşmasında öz hüquqlarından yüksək səviyyədə bəhrələnə bildilər. Uduzan isə parlament seçkilərində iştirak etməkdən imtina edən siyasi partiyalar oldu. Baxmayaraq ki, özünü radikal, ana müxalifət adlandıran Müsavat, AXCP, ADP, VİP kimi siyasi təşkilatlar son anda "arxadan zərbə vurmaq taktikası"nı seçdilər. Məlumat üçün qeyd edək ki, yeni parlamentdə 82 nəfəri siyasi partiyaların nümayəndəsinin təmsil olunacağı ehtimal edilir. Qalan 43 nəfər isə bitərəflərdir. Beləki, ən çox namizədlə təmsil olunacaq partiya Yeni Azərbaycan Partiyasıdır. Bu partiyadan deputat mandatına sahib olacaq şəxslərin sayı 71 nəfərdir. Ümumilikdə isə, parlamentdə təmsil olunan partiyaların sayı 11-dir. Bu sırada Vətəndaş Həmrəyliyi partiyası 2 nəfərlə təmsil olunacaq. Digər 9 partiya- Ana Vətən, Vəhdət, Böyük Quruluş, Azərbaycan Demokratik Islahatlar Partiyasi, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hərəsinə 1 namizədlə parlamentdə mandat sahibi olub. Beləliklə, parlament seçkilərinin nəticələri göstərdi ki, özünü radikal adlandıran, cəmiyyətdə barışmaz mövqe tutan partiyaların süqutu labüddür. Maraqlıdır, bəs adları sadalanan partiyalar parlament seçkilərində iştirak etməkdən niyə imtina etdilər? Axı, seçkilərdə istənilən namizədin təbliğat-təşviqat kampaniyası üçün lazım olan bütün şərait yaradılmışdı. Hətta Müsavat Partiyası liderləri İsa Qəmbərin xeyrinə kütləvi aksiya da keçirdilər. Belə ki, yerli icra hakimiyyəti orqanları seçicilərlə görüş üçün xüsusi yerlər müəyyənləşdirmişdi, hüquq-mühafizə orqanları isə ictimai təhlükəsizliyi təmin edirdi. Hətta onlar imzatoplama kampaniyasına da start vermişdilər. Bu isə o demək idi ki, ölkədə siyasi partiyalar üçün seçkiöncəsi qanunun icazə verdiyi bütün formalardan istifadə etmək imkanı yaradılmışdı. Lakin buna baxmayaraq, bəzi müxalifət partiyaları parlament seçkilərində iştirakdan imtina etdilər. Görünür müxalifətin belə bir qərar qəbul etməsində bir sıra yerli və xarixi faktorlar əsas rol oynayıb. Birinci, onu qeyd edək ki, Müsavat Partiyası keçirdiyi siyasi aksiyanın təhlili zamanı dərk etdi ki, bu tərkibdə sosial baza ilə seçkilərə getmək partiyanı süquta aparmağa bərabərdir. Bu zaman partiyanın mövcudluğunu saxlamaq üçün ən gözəl seçim seçkidən imtina etməkdir. Nəzərə almaq lazımdır ki, siyasi partiyanın cəmiyyətdəki çəkisi elə seçkilərlə müəyyən edilir. Başqa sözlə, seçkilər siyasi partiyalar üçün etalon rolunu oynayır. Bunu nəzərə alan Müsavat seçkilərdən imtina etməklə rüsvayçılıqdan xilas olmaq xəttini yürütdü. Ancaq məsələ orasındadır ki, siyasi arenaya yeni partiyaların atıldığı müşahidə olunur ki, onlar da parlamentdə mandata sahib ola bildilər. Müxailəfitin seçkilərdə iştirakdan imtina etməsinin digər səbəbi onlara himayədarlıq edən beynəlxalq təşkilatların mövqeyi oldu. Belə ki, Müsavat aydın şəkildə gördü ki, onların güvəndikləri beynəlxalq təşkilatların özləri çıxılmaz vəziyyətdə qalıblar. Məlum beynəlxalq təşkilatların özləri seçkiləri izləməkdən imtina üçün bəhanə axtarırlar. Təbii ki, belə halda nə seçki öncəsi, nə də seçkidən sonra onların əsassız iddialarına dəstək verən olmayacaqdı. Beləliklə müxalifət seçkidən imtinaya üstünlük verdi.

Bəs, bu qərar müxalifətin gələcək fəaliyyətinə necə təsir göstərəcək? Əvvala onu qeyd edək ki, parlament seçkiləri bir daha göstərdi ki, Müsavat, AXCP və digər müxalifət partiyaların seçkilərdə iştirak edib-etməməsi onun nəticələrinə heç bir təsir göstərə bilməz. Nəzərə almaq lazımdır ki, ölkədə 50-dən artıq partiya qeydiyyata alınıb və onların sırasında sözügedən partiyaları əvəzləyəcək kifayət qədər siyasi təşkilat var. Belə halda bu partiyaların qərarı deməyə əsas verir ki, onlar şəxsi mənafelərini elektoratlarının, tərəfdarlarının maraqlarından üstün tuturlar. Elə Müsavatın qərarı ilə barışmayan partiya üzvlərinə qarşı edilən hücumlar, hədə-qorxular dediyimiz fikri bir daha təsdiq edir. Ancaq, etiraf edək ki, müxalifət partiyaları bu siyasi məğlubiyətlərindən qətiyyən nəticə çıxarmaq iqtidarında deyil. Dirijor çubuğu ilə idarə olunan bu partiyaların yenə də dövlətə, xalqın iradəsinə qarşı çıxaraq antiAzərbaycan fəaliyyətlərini davam etdirəcəkləri şübhəsizdir. Artıq bi fəaliyytin ilkin işartıları görünməkdədir. Belə ki, bir sıra beynəlxalq təşkilatlar və xarici kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən parlament seçkilərinə kölgə salmaq cəhdində bulunmaqdadır. Heç şübhəsiz ki, səslənin iradların bu kimi müxalifət partiyaların danosları əsasında hazırlandığı istisna olunmur.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00